Türkiyədə yanğın baş vermiş ərazilərdən 4700 nəfər təhlükəsiz yerlərə köçürülüb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinin rəhbəri Okay Memiş deyib.
O, "AFAD olaraq biz ölkə daxilində fəlakətdən əvvəl risklərin azaldılması, fəlakətlərə müdaxilə və fəlakətdən sonra bərpa proseslərinin koordinasiyasına cavabdeh olan bir dövlət qurumuyuq. Bu çərçivədə meşə yanğınları zamanı qubernatorlarımızın sədrliyi ilə Afət və Fövqəladə Hallar İdarəetmə Mərkəzləri yanğından zərər çəkmiş vilayətlərdə aidiyyatı qurum və təşkilatların iştirakı ilə 24 saat fəaliyyət göstəririk",-deyə bildirib.
Okay Memiş qeyd edib ki, yanğınlara ümumilikdə 5 min 901 personal, 2 min 533 nəqliyyat vasitəsi, 450 su tankeri, 613 su tankeri və yanğınsöndürən maşın, 27 təyyarə və 72 helikopter daxil olmaqla 99 təyyarə cəlb edilib:
"Hazırda yanğın nəticəsində zərər çəkmiş yaşayış məntəqələrində dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir. İlkin məlumatlara görə, İzmir, Manisa və Aydın vilayətlərində meşə yanğınları nəticəsində ümumilikdə 142 bina zərər çəkib. Bunlardan 11-i dağıdılıb, 92-si ağır, 39-u isə yüngül zədələnib. Zərərin qiymətləndirilməsi səylərimiz davam edir".
Anar Əliyev