Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə İrana qarşı mühasirə sürətlə davam edir

Yaxın Şərqdə İrana qarşı mühasirə sürətlə davam edir


"Son 35 ildə İraqa iki ayrı hərbi müdaxilə edən ABŞ bu ölkənin siyasi quruluşunu bilərəkdən parçaladı. Livanda olduğu kimi, İraq da indi etnik və dini kvotalarla idarə olunur".

Newscenter.az xəbər verir ki, bunu politoloq Pərviz Əliyev səsləndirib. O deyib ki, İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin Ankaraya səfərini də bu prizmadan oxumaq lazımdır:

"Təbii ki, Fuad Hüseynin o kresloda hansı kvota oturduğuna baxmaq lazımdır. Ankaranın münasibətlərini normallaşmaqdan kənara çıxararaq, ittifaqa çevirdiyi Şimali İraqda Bərzani KLANININ nəzarətində olan Kürdüstan Demokrat Partiyasının üzvüdür Fuat Hüseyn.

Fuad Hüseynin Ankara səfəri zamanı imzalanan razılaşmalar Bağdadın Türkiyənin uzun müddətdir davam etdirdiyi PKK terror təşkilatına qarşı mübarizəyə rəsmən daxil olmasına yol açır. Əslində, razılaşma çərçivəsində Ankara ilə Bağdad arasında uzun müddətdir problem olan Başika hərbi bazası məsələsi də həll olundu. Başika rəsmi olaraq İraq ordusunun nəzarətinə verilsə də, baza komandirlərindən birinin türk zabiti olduğu qeydə alındığından əslində Türkiyənin nəzarətinə buraxıldığı görünür. Bu, Ankara üçün böyük diplomatik-hərbi qazancdır. İran üçün isə İraq uğrunda Ankara-Tehran yarışmasında mənfi olaraq yazılacaq bir hadisədir".

Politoloq deyib ki, Yaxın Şərqdə İrana qarşı mühasirə həm hərbi, həm də siyasi baxımdan tam sürətlə davam edir:

"Unudulmamalıdır ki, Tehran administrasiyasının da öz silahları var. İqtisadi böhrandan ilişib qalan Türkiyə üçün diqqət edilməsi lazım olan ən vacib şey İranın mühasirəsində piyona çevrilməməkdir".

Anar Əliyev
Xəbəri paylaş