Türkiyədə daha 19 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Çanaqqala sahillərində 19 qeyri-qanuni mühacir tutulub.
Belə ki, Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık sahillərində üzən rezin qayıqda nizamsız immiqrantların olduğunu təsbit edib.
Bölgəyə Sahil Mühafizəsinin “TCSG-8” qayığı göndərilib. Komandalar rezin qayıqda Suriya, Fələstin və Sudandan olan 5-i uşaq olmaqla 19 qeyri-qanuni immiqrantı yaxalayıb.
Gəmidən endirilən əcnəbi vətəndaşlar Ayvacık Repatriasiya Mərkəzinə göndərilib.
Mehman Mehdiyev