Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı tələbə Sürix Universitetinə qəbul olundu

Azərbaycanlı tələbə Sürix Universitetinə qəbul olundu


ADU-nun məzunu Vüsal Hümbətzadə İsveçrənin Sürix Universitetinə qəbul olunub.

Bu barədə Newscenter.az-a İsveçrənin təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, V.Hümbətzadə daha əvvəl bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub. O, bu il İsveçrənin Sürix universitetində baş tutan qlobal yarışda Azərbaycanı təmsil edərək yarışda 1-ci yerin qalibi olub.

Qeyd edək ki, ETH Zurich (Sürix Federal Texnologiya Universiteti) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb və Albert Eynşteyn də həmin universitetdə məzunu olub.

Süleyman
Xəbəri paylaş