Türkiyədə qeyri-adi yol qəzası hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, sürücünü arı sancması qəzaya səbəb olub:
Hadisə Samsunun Tekkeköy rayonunda qeydə alınıb. Belə ki, arı sancması nəticəsində idarəetməni itirərək qəzaya uğrayan yük maşınının sürücüsü yaralanıb. Aşan yük maşını 50 metr sürüklənib.
Araşdırmaya əsasən məlum olub ki, sürücü arıya müdaxilə edərkən, yük maşını idarəetmədən çıxaraq aşıb.
Mehman Mehdiyev