Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın varlığı Livanı istiqrasızlaşdırdı

İranın varlığı  Livanı istiqrasızlaşdırdı


İraq, Suriya, Livan Osmanlının süqutu ilə yaranmış və hələ də dövlət olaraq idarə etmələri tam formalaşmamış ölkələrdir.

Livan əhalisinin yüzdə otuz, otuz beş faizi sünni müsəlmanlar, bir o qədəri də şiə müsəlmanlar, geridə qalan faiz nisbəti isə xristian və digər dini etiqada mənsub insanlardan formalaşıb.

Suriya əhalisinin də böyük bir hissəsi sünni məzhəbindən olan müsəlmanlardır və şiə nüfuzu burada o qədər də çoxluq təşkil etmir.

Bu iki dövlətə nəzarən İraqda vəziyyət biraz fərqlidir və onunda əsas səbəblərindən biri İranla quru sərhədinin olmasıdır.

İran illər əvvəl mən burada İsrailə qarşı İslami dirəniş xətti formalaşdıracam deyərək Livana daxil oldu və daxili çaxnaşmalardan yararlanaraq özünün dəstəklədiyi qruplaşmaları ölkə rəhbərliyində təmsil etdirdi. Bununla İranın varlığı Livanı istiqrasızlaşdırdı.

Molla rejimi eyni xətt və ideologiya ilə Suriya və İraqda da ciddi nüfuz qazanmağı bacardı. Nəticədə, İranın qurduğu bu mexanizm İraqı amerikalılara yem etdi, Suriya bu gün ABŞ və Rusiya arasında bölünmüş vəziyyətdədir, Livan illərdir məhz İran faktoru səbəbindən hökumət belə formalaşdırmaqda aciz bir ölkədir.

Yəni, günümüz reallığında idarəetmə və texnoloji cəhətdən bölgənin lider dövləti olan İsrail qarşısında bu ölkələrdən hansı biri tab gətirə bilər? Həmin dövlətlər hal hazırda torpaqlarının müdafiəsi bir yana, hava məkanlarını qorumaqda belə çətinlik çəkirlər.

Təsəvvür edək ki, İsraildən havalanan hər hansı bir hava platforması 100, 150 km radiusda heç bir maneə rast gəlmədən uçuş həyata keçirə bilir. Burada Livan, Suriya, İraq üçbucağında belə bir sual yaranır. Bu çətin və bir o qədər də istiqrarsız vəziyyətin memarı kimdir? Bu sualın cavabı isə böyük ölçüdə bizim cənubumuzda dayanır.

Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi.
Xəbəri paylaş