Paytaxtımızda start götürən X Bakı Beynəlxalq Kitab Sərgisində Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının kollektivi də yaxından iştirak edib. Bu barədə Newscenter.az-a sözügedən kitabxananın baş kitabxanaçısı Susana Məmmədova məlumat verib.
O bildirib ki, sərgi çərçivəsində xalq yazıçısı, AYB sədri Anar, mədəniyyət naziri Adil Kərimli, eləcə də digər tanınmış ədib və yazıçılarla görüşüb söhbətləşmək üçün imkan yaranıb:
"Ümumiyyətlə, bu kimi sərgilərin keçirilməsi kitaba, kitab oxumağa marağın artmasına səbəb olur. Hesab edirəm ki, artıq onuncu dəfə keçirilən sərgi kitabsevərlərdə, paytaxt sakinlərində deyil, eləcə də şəhərimizin qonaqlarında böyük maraq yaradır".
Anar Əliyev
Digər xəbərlər
Держите ссылку на сайт с видео подборкой.