"Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Qərb dövlətləri və onların nəzarətində olan aryı-ayrı təşkilat və fondları tərəfindən irəli sürülən iddiaların obyektivlikdən uzaq olduğu və bu iddiaların əsasında siyasi motivlərin dayandığı hər kəsə yaxşı məlumdur. Ümumiyyətlə isə otuz il ərzində torpaqlarımızın işğal altında qalmasına, ərazilərimizin dağıdılmasına, mülki insanlarımızın qətlə yetirilməsinə, Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə göz yuman, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı bir dəfə də olsun səsini çıxarmayan ABŞ Konqresinin indi bizi nədəsə ittiham etməyə nə hüququ nə də haqqı çatmır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, ABŞ Konqresi bizi ittiham etməkdənsə yaxşı olar öz ölkələrinin insan hüquqları konvensiyalarına qoşulmamasına, BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmamasına aydınlıq gətirsin:
"Ya da Ermənistanın özündə ən müstəqil ekspertlərin və qeyri hökumət təşkilatlarının hazırladığı hesabatlara baxaraq bu ölkədə insan hüquqlarının vəziyyətinə dair çağırışlar etsin. Yox bunlar baş vermirsə demək ki, məqsəd həqiqətən də insan hüquqlarının qorunması yox, bundan istifadə edərək ölkəmizə təzyiq etməkdən ibarətdir".
Süleyman