Fransanın ardınca indi də Birləşmiş Ştatlar regionda gərginlik yaratmaq niyyətindədir. Son vaxtlar Ermənistanın silahlandırılması istiqamətində atılan addımlar belə deməyə əsas verir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev deyib. O təəssüf hissi ilə bildirib ki, Ağ Ev administrasiyası Azərbaycana qarşı təzyiqləri artırmaq fonunda Ermənistana dəstəyi davam etdirir:
"Bu günlərdə ABŞ Nümayəndələr Palatasının bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı məktub da Vaşinqtonun məkirli planlarından xəbər verir".
Elvin Babayev qeyd edib ki, Amerikanın hansı addım atması və Azərbaycana təzyiq göstərməsindən asılı olmayaraq rəsmi Bakı heç bir halda təzyiqlərə boyun əyməyəcək və Ermənistan kimi ələbaxımlı dövlət olmayacaq.
Anar Əliyev