Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ rəsmiləri mövcud reallığı nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar

ABŞ rəsmiləri mövcud reallığı nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar


"ABŞ-ın Azərbaycana yönəlik təzyiqləri yeni bir şey deyil. Uzun illər ərzində biz dəfələrlə Birləşmiş Ştatlar tərəfindən bu cür təzyiqlərlə üzləşmişik".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, hələ müstəqilliyimizi yeni əldə etdiyimiz dönəmdə, ərazilərimiz işğal altına düşəndə, insanımıza qarşı ermənilər tərəfindən soyqırımlar törədiləndə ABŞ 907-ci düzəlişi qəbul etməklə bizə qarşı olan mövqeyini ortaya qoyub:

"Ondan sonrakı dövrdə ATƏT Minsk Qrupunun həmsədri kimi otuz illik bir dövrdə də işğalçıya qarşı deyil, işğala məruz qalan ölkə olaraq bizə qarşı təzyiqlərinə şahidlik etmişik. İndi isə, yəni Vətən müharibəsində qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda regon ölkələrini özündən asılı vəziyyətə salmaq yolu tutumuş ABŞ, bölgənin əsas gücü olaraq bizi özü üçün hədəf seçib".

Yusif Bağırzadə deyib ki, bu gün istər ABŞ-ın, istərsə də digər Qərb dairələrinin Azərbaycana qarşı irəli sürdüyü ittihamların əsas məqsədi də ölkəmizin müstəqil siyasətini sarsıtmağa, bizləri müti və sözəbaxan ölkəyə çevirməyə hesablanıb:

"Onları düşünürlər ki, müxtəlif bəhanələrlə təzyiqlər yolu ilə bizi Ermənistan kimi özlərindən asılı ölkəyə çevirə biləcəklər. Bir neçə gün əvvəl Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etməsi də bunun bariz sübutudur. Böhtanlarla dolu olan bu müraciətin Dövlət departamenti rəsmilərinin özləri tərəfindən yazıldığı və sonradan Konqress tərəfindən ünvanlanmış müraciət kimi təqdim edilməsi artlq heç kimdə şübhə doğurmur. Görünən odur ki, ABŞ da bir qism Qərb dövlətləri kimi onların iradəsi olmadan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışa bilmir".

Politoloq hesab edir ki, Azərbaycana qarşı təzyiqlərin hər hansı bir nəticəsi olmayacaq:

"Hətta ölkəmiz əleyhinə yeni sanksiyalar qəbul olunsa belə ölkəmizin bu təzyiqlərə boyun əyməyəcəyi aydındır. Bunu ABŞ rəsmiləri də nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar".

Süleyman
Xəbəri paylaş