Türkiyədə avtomobil sənayesi 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrünə görə 5,3 faiz artımla 26 milyard 933 milyon 806 min dollara çataraq sektorlar əsasında bütün zamanların ən yüksək 9 aylıq ixracına nail olub.
Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, xüsusilə Avropa bazarına yaxınlığı və işçi qüvvəsi potensialı ilə son zamanlar qlobal avtomobil istehsalçılarının əsas istiqamətinə çevrilən Türkiyədə sektorun ixrac rəqəmlərindəki artım diqqət çəkib.
Türkiyənin ixracatı yanvar-sentyabr dövründə bir əvvəlki ilin eyni dövrünə görə 3,2 faiz artaraq 192 milyard 808 milyon 449 min dollar təşkil edib.
Yanvar-sentyabr dövründə avtomobil sənayesi ixracının ümumi ixracatdakı payı 16,2 faiz olaraq hesablanıb.
Natiq Orucov