Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş torpaqlarda aparılan işlər xüsusi xarakter daşıyır

Azad edilmiş torpaqlarda aparılan işlər xüsusi xarakter daşıyır


"Dövlət başçısının Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər, torpaqlarımızın
işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Nicat Əsgərli deyib. O bildirib ki,
Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın bir zaman kəsiyində təcavüzkar, vandal, dəhşətli və amansız müharibə cinayətlərinə yol verən, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən, əksinə işğalın davam etməsinə çalışanların bu gün ölkəmizə qarşı sanksiya çağırışları siyasi ikiüzlülüyün, riyakarlığın bariz nümunəsidir:

"Cənab Prezident Fransanın, Birləşmiş Ştatların və onların əlaltılarının eyni mərkəzdən idarə olunan təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdikləri davranışları nankorluq kimi qiymətləndirdi.
Qərbin məqsədi Cənubi Qafqazda vəziyyəti yenidən qarışdırmaqdır. Ermənistanın "saziş imzalayaq" hay-küyü ilə əslində real sülhdən uzaqlaşması, Bakının haqlı tələblərini yerinə yetirməkdən imtina etməsi danılmaz faktdır".


Anar Əliyev
Xəbəri paylaş