Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ermənistanla daim təzyiq və hədə dili ilə danışmalı idi

Azərbaycan Ermənistanla daim təzyiq və hədə dili ilə danışmalı idi


"ABŞ-ın Azərbaycana qarşı son təzyiqləri fonunda Azərbaycanın geri çəkilməyəcəyi aydın məsələdir. ABŞ yaxşı başa düşür ki, bu yolla Azərbaycana heç bir iddiasını qəbul etdirə bilməyəcək. Amma təzyiq görüntüsü yaratmaqla seçkiqabağı manipulyasiyalar etmək istəyir".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir:

"Azərbaycanla əlaqələri kəsmək Ermənistan üzərindən oynanılan oyunların da sonu deməkdir. Azərbaycan əgər görsə ki, ABŞ-la artıq əlaqələr geri dönməz hal alır, təbii ki, Ermənistanın təhlükəsizliyini təhlükə altına qoyacaq və Qərbin Ermənistan üzərindən regiona daxil olmaq planlarının üstündən xətt çəkəcək. Bu da Qərbin Cənubi Qafqaza daxil olmaq istəyinin iflası olacaq".

Azər Qasımov qeyd edib ki, Azərbaycana bundan əvvəl və sonra tətbiq ediləcək sanksiyalar isə artıq əhəmiyyət daşımayacaq:

"Azərbaycan öz yönünü tamamı ilə Qlobal Şərqə çevirəcək. Hesab edirəm ki, ABŞ bunu gözə ala bilməz. ABŞ-ın Ermənistan üzərindən Azərbaycana qarşı oynadığı oyunun mahiyyəti qısamüddətli xarakter daşıyır. Seçkidən sonra yenə səngiyəcək bir sonrakı proseslərə qədər".

Partiya rəsmisi deyib ki, Azərbaycanın Ermənistana münasibətdə sülh addımı ilə çıxış etməsi müəyyən məqamda doğru addım olsa da, geniş planda özünü doğrultmadı:

"Ermənilərin bundan istifadə edə bildi, nəinki biz. Azərbaycana qarşı koalisiya formalaşdıra bildi. Azərbaycan Ermənistanla daim təzyiq və hədə dili ilə danışmalı idi. Bu özü sülhü məcbur gətirəcəkdi"

Süleyman
Xəbəri paylaş