Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinə ehtiyac yoxdur

Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinə ehtiyac yoxdur


"Azərbaycan və Ermənistan xarici işlər nazirləri MDB xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Moskvadadırlar. Rusiya hər iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsində maraqlıdır. Çünki, BMT sammiti çərçivəsində ABŞ dövlət katibi E. Blinkenin vasitəçiliyi ilə nazirlərin görüşü keçirilmişdi. Rusiya da belə bir görüşün təşkili ilə Qərbə mesaj vermiş olardı. Amma, Ermənistan tərəfi Moskvanın vasitəçiliyini qəbul etməyib".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur:

"Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinə ehtiyac yoxdur. Tərəflər əlavə vasitəçiyə ehtiyac olmadan ikitərəfli gündəliyi müzakirə edir. Hazırda danışıqlarda müəyyən durğunluq var. Ermənistan tərəfi razılaşdırılmış 13 bənd üzrə "Aralıq" sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu xüsusda Vaşinqton Yerevanın mövqeyini dəstəkləyir".

Politoloq hesab edir ki, Azərbaycan üçün ən məqbul variant isə, "Yekun" sülh müqaviləsinin bağlanmasıdir:

"Prezident İlham Əliyev prinsipial olaraq bütün bəndlər üzrə "Yekun" sülh müqaviləsinin bağlanmasını şərtini irəli sürür. Region üçün də ən məqbul variant yekun sülh müqaviləsi bağlanmasıdir.
COP29 kimi tərəflər arasında sülh sazişinin bağlanması gözlənilmir. Ermənistan rəhbərliyi bütün bəndləri qəbul etdikdən sonra, "Yekun" sülh müqaviləsi bağlanacaq. Son günlər guya Azərbaycanın Ermənistana əlavə şərtlərlə çıxış etməsi, xüsusilə, birinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı tələblər irəli sürməsi revanşistlərin N. Paşinyana təzyiq vasitəsidir".

Süleyman
Xəbəri paylaş