Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnternet resursları bərbad vəziyyətdə olan dövlət qurumları, yaxud AAYDA-nın Aya uçan xəbərləri

İnternet resursları bərbad vəziyyətdə olan dövlət qurumları, yaxud AAYDA-nın Aya uçan xəbərləri


Dövlət qurumları, nazirlik və komitələrin internet resurslarının monitorinqi davam edir.

Newscenter.az-ın məlumatına görə, "Xəbər Mərkəzi" Analitik Qrupu bu dəfə daha bir neçə dövlət qurumunun internet resursları ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də əksər dövlət qurumları kimi ictimaiyyətə hesabat verməkdə maraqlı deyil. Hər halda AAYDA-nın saytında yerləşdirilən illik hesabatlar bölümündə ən son hesabatın 2021-ci ildə qoyulması belə deməyə əsas verir. Düzdür, Agentlik iddia edə bilər ki, brifinq və ya mətbuat konfransları vasitəsilə illik hesabat barədə məlumat verilib. Ancaq həmin hesabatın qurumun saytına da yerləşdirilməsi zəruridir. Əgər cəmiyyətdən, ictimaiyyətdən gizlin bir fəaliyyətiniz yoxdursa, o zaman hansı səbəbdən 3 ilə yaxındır ki, illik hesabatınızı sayta yerləşdirmirsiniz?

AAYDA-nın intermet resursunun rus bölməsi demək olar ki, tamamilə bərbad vəziyyətdədir. Baxmayaraq ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cəbrayıl və Zəngilan rayonlarına səfər edib və orada bir neçə infrastuktur layihələrinin açılışında iştirak edib, lakin sözügedən Agentliyin saytının rus dili bölməsində dövlət başçısının səfəri barədə bir cümlə belə verilməyib. Saytda dövlət başçısı ilə bağlı ən son xəbər sentyabrın 2-də Kəlbəcərə səfərlə bağlı qoyulub. Ümumən isə saytın rus bölməsi versiyasında sonuncu xəbər oktyabrın 1-də yerləşdirilib. Eləcə də saytın rus versiyasında əksini tapan ayrı-ayrı bölmələr də yalnız ad olaraq mövcuddur.

Eyni problem saytın ingilis bölümünə də aiddir. Bu bölmədə də ən son xəbər oktyabrın 1-də qoyulub. Eyni zamanda dövlət başçısı ilə bağlı xəbər də saytın ingilis bölümündə ən son sentyabrın 2-də yerləşdirilib. Saytın ingilis versiyasında digər bölmələr də yalnız ad olaraq mövcuddur. Bölmələri vurduqda heç bir məlumat açılmır. Halbuki Agentlik il ərzində kompüter, katric təmiri, eləcə də digər bu kimi xidmətlər üçün 2 milyon manatdan çox vəsait xərclədiyini özünün maliyyə hesbatında qeyd edir. Hər halda ən son 2023-cü ilin maliyyə hesabatından əldə edilən nəticə bundan ibarətdir. Yaxud, digər xərclər kimi AAYDA 2023-cü ildə 1 milyon 4 min manatdan artıq vəsait xərcləyib ki, çox güman bura qurumun saytının saxlanması da aiddir. Ancaq gördüyümüz kimi AAYDA-nın saytı tamamilə bərbad durumdadır. Arada gedən isə milyonlarla manatdır.

Süleyman
Xəbəri paylaş