Bu günlərdə Azərbaycan daha bir tarixi günü, Cəbrayıl Şəhər Gününü qeyd etdi. Cəbrayılın işğaldan azad edilməsi İkinci Qarabağ Müharibəsində qələbəyə inamı artıran mühüm hadisə oldu.
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Məhəmməd Heydərli deyib. O bildirib ki, işğal nəticəsində Cəbrayıl rayonunda bütün maddi-mədəni abidələr Divlər sarayı mağarası, Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır:
"Çox təəssüflər olsun ki, 30 ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susqunluq nümayiş etdirdi və bu məsələnin həlli istiqamətində əməli addımlar atmadı. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Lakin məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. 27 ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdiyi halda təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsi zamanı əks-hücum əməliyyatına başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etdi".
Anar Əliyev