MDB müşahidəçilər missiyası Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı referendumda səsverməni qiymətləndirib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, missiyanın rəhbəri Leonid Anfimov səsvermənin dinc şəraitdə keçdiyini deyib. O bildirib ki, səsvermə günü MDB ölkələrindən olan müşahidəçilər missiyası Qazaxıstanın 9 rayonuna səfər edib, 618 seçki məntəqəsində olub.
“Mən özüm Astananın ondan çox yerində olmuşam. Əminəm ki, təşkilatçılıq yaxşıdır. MDB müşahidəçilərinin missiyası Qazaxıstan Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edib. Bizə bütün lazımi məlumatları almaq və bütün səviyyələrdə referendum komissiyasına baş çəkmək imkanı verildi. Biz referendum iştirakçıları, eləcə də digər dövlətlərin və beynəlxalq qurumların rəhbərliyi ilə görüşdük”.
Mehman Mehdiyev