Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda Türk Dövlətləri Təşkilatı Rəqəmsal Forumu işə başlayıb

Qırğızıstanda Türk Dövlətləri Təşkilatı Rəqəmsal Forumu işə başlayıb


Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının Rəqəmsal Forumu işə başlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, forumda süni intellekt sahəsində ən son nailiyyətlər müzakirə olunur və təcrübələr paylaşılır.

Qırğızıstan Prezidenti Sadır Caparovun himayəsi ilə Rəqəmsal Nazirliyin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük Rəqəmsal Forumunda dövlət rəsmiləri, süni intellekt sahəsində aparıcı ekspertlər, diplomatlar, iş dünyası, akademiklər və İT ictimaiyyətinin nümayəndələri iştirak edib.

Pilotsuz uçuş aparatları ilə bağlı gördükləri işlərlə əlaqədar məlumat verən Səlcuk Bayraktar, Türkiyədə ilk dron sistemlərini 2004-cü ildə inkişaf etdirdiklərini ifadə edərək, "Son 20 ildə pilotsuz uçuş aparatlarımız kifayət qədər rəqabətədavamlı hala gəldi. Nəqliyyat vasitələrimiz aviasiyada və havada istifadə olunur",-deyə vurğulayıb.


Mehman Mehdiyev
Xəbəri paylaş