Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 330 min manatlıq saatı oğurlamaqda şübhəli bilinən Çin vətəndaşı saxlanılıb

Bakıda 330 min manatlıq saatı oğurlamaqda şübhəli bilinən Çin vətəndaşı saxlanılıb


Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

Newscenter.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.

Hazırda istintaq davam edir.

Mehman Mehdiyev
Xəbəri paylaş