Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının Tehranla artan təmasları, Türkiyənin normallaşma prosesində fəal iştirakı

Bakının Tehranla artan təmasları, Türkiyənin normallaşma prosesində fəal iştirakı


"İstanbulda Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin (XİN) iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.
“3+3” danışıqların XİN rəhbərləri səviyyəsində davam etdirilməsi regional əməkdaşlığın davam etdirilməsi baxımından çox önəmlidir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, “3+3” platformasının artıq sayca 3-cü görüşünün keçirilməsi region ölkələrinin bu prosesin davamlı aparılmasında marağını bir daha göstərir.

“3+3” platforması indiyədək regional ölkələr arasında regional əməkdaşlıq məsələlərin müzakirəsi baxımından ən uğurlu platforma sayıla bilər və burada bilavasitə regiona aid dövlətlərin iştirakı nəzərdə tutulur.

Xüsusən son dövrlər rəsmi Bakının Tehranla artan təmasları, Türkiyənin normallaşma prosesində fəal iştirakı, MDB dövlət başçılarının Moskvada keçirilən görüşündən sonra rəsmi İrəvanın Zəngəzur dəhlizi ətrafında verdiyi açıqlamalardan çıxış edərək demək olar ki, bu görüş qarşıdakı razılaşmalar baxımından müsbət dinamika sayıla bilər".

Vüqar Əhmədov qeyd edib ki, növbəti günlər, 22-24 Oktyabr tarixində Rusiyanın Kazan şəhərində BRCS sammitinin keçirilməsi nəzərdə tutulur:

"Rusiyanın bu sammitə xüsusi önəm verməsi, Azərbaycan və Türkiyənin BRİCS-ə dəvət olunması, ötən gün Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinin İran Prezidentini sammitə dəvət etməsi bu tədbirə hazırlıqların yüksək səviyyədə aparılmasından xəbər verir. Sammitdə Türkiyə, Azərbaycan, İran və Rusiya dövlət başçılarının iştirakı ilə regional məsələlərin diqqət mərkəzində saxlanılacağı gözləniləndir".

Süleyman
Xəbəri paylaş