Ankarada PKK terror təşkilatının həyata keçirdiyi son terror aktından sonra Türkiyədə sözügedən təşkilata qarşı genişmiqyaslı əməliyyat başladılıb.
Newscenter.az Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən ölkənin 31 vilayətində sözügedən terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Keçirilən əməliyyatlar zamanı 176 terrorçu ələ keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilib ki, terror təşkilatına qarşı əməliyyat "GÜRZ-20" adı altında aparılıb.
Mehman Mehdiyev