Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda ordu quruculuğu Azərbaycana qarşı revanşist meyllər əhatəsində həyata keçirilir

Ermənistanda ordu quruculuğu Azərbaycana qarşı revanşist meyllər əhatəsində həyata keçirilir


"Azərbaycan və Ermənistan arasında silahlanma istiqamətində fərqli motivlər var".

Newscenter.az xəbər verir ki, bunu AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi, siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, adətən biz, Ermənistanın silahlanması və silahlandırılması prosesinin regional sabitliyə təhdid olduğunu qeyd edərkən qarşı tərəfin də müəyyən arqumentlər gətirərək ölkəmizi silahlanmaqda ittiham etdiyinin şahidi oluruq. Lakin situasiyalar tamamilə fərqlidir:

"Bəli, biz də silahlanırıq. Hətta sözügedən prosesi sürətlə və müxtəlif kontekslərdə davam etdiririk. Lakin, Azərbaycan ordu quruculuğu prosesini Ermənistanla müharibə ehtimalı fonunda həyata keçirmir. Yəni Rəsmi Bakı İravandan fərqli olaraq növbəti müharibəyə köklənməyib.

Sadəcə,İkinci Qarabağ Müharibəsində qazanılmış təcrübə Silahlı Qüvvələrimizdə müasir müharibə metodikaları əsasında yenidən formalaşma zərurəti yaratdı. Çünki müharibə doktirinaları hər gün dəyişir və yeni çağırışlarla qarşılaşırıq. Buna ayaq uydurmaq lazımdır".

Pərviz Mirizadə bildirib ki, Ermənistanda isə ordu quruculuğu Azərbaycana qarşı revanşist meyllər əhatəsində həyata keçirilir:

"Hazırda rəsmi İrəvan və onun tərəfdaşları elə bir fikir formalaşdırıb ki, sanki Azərbaycan Ermənistanı işğal etməyə hazırlaşır və verilən hər bir silah işğala qarşı mübarizə aparmaq üçündür. Ancaq bu tamamilə absurd, qərəzli və Azərbaycanın beynəlxalq səviyyədə yüksələn imicini ləkələmək cəhdlərindən başqa bir şey deyil.

Azərbaycan Ermənistanla sərhəddə xarici qüvvələri gətirmir və qarşı tərəfin addımlarını müşahidə etmir. Bütün bunları edən Ermənistandır və onların yanındakı dırnaq arası Aİ missiyasıdır. Onlar birləşərək bizə qarşı təhlükəli proseslərə hazırlaşırlar. Yəni, kiçik də olsa lokal xarakterli hərbi toqquşmaların olması ehtimalı istisna edilmir. Ancaq Avropada və okeanın o biri tərəfində günahkar rolunda hər zaman gecə-gündüz sülh üçün çalışan Azərbaycandır".

Süleyman
Xəbəri paylaş