"İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Qubadlıda da genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Bura yol infrastrukturunun yenidən qurulması, yaşayış binalarının tikintisi, su və elektrik təchizatının bərpası daxildir. Eyni zamanda, azad edilmiş ərazilərə qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün hazırlıqlar aparılır. Bu proses zamanı əsas diqqət dayanıqlı məskunlaşmaya və rayonun əvvəlki iqtisadi potensialının bərpasına yönəldilib".
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Gülarə Mehdizadə deyib. O bildirib ki, Qubadlı rayonu həm də Azərbaycanın zəngin təbiəti və turizm potensialına malik bir bölgədir. Rayonun işğaldan azad edilməsindən sonra burada ekoturizmin inkişafı və kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində planlar da mövcuddur:
"Qubadlıda aparılan yenidənqurma işləri Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı üçün həyata keçirdiyi genişmiqyaslı layihələrdən biridir. Bu proses, “Böyük Qayıdış” proqramı çərçivəsində reallaşdırılır və regionun sosial-iqtisadi inkişafını təmin etməyi, infrastrukturu yenidən qurmağı, eləcə də əhalini doğma yurdlarına qaytarmağı hədəfləyir".
Anar Əliyev