Dünya makaron ticarətində payı günü-gündən artan türk makaronu 166 ölkədə istehlak edilir.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyən həm istehsal, həm də ixracatda İtaliyadan sonra dünyada ikinci yerdə qərarlaşıb. Cari ilin sonuna qədər ölkədə 1,5 milyon ton makaron ixracı hədəflənir.
Məlumata görə, bu ilin ilk 8 ayında 984 min ton ixrac edilən türk makaronu Cənubi Amerika, Afrika və Yaponiya başda olmaqla 166 ölkəyə satılıb.
Qeyd edək ki, keçən il ixrac 1 milyon 370 min ton olub. Bunun 20 min tonu Avropa ölkələrinə gedib.
Mehman Mehdiyev