"Son günlər paytaxtda və bölgələrdə yağan intensiv yağışlar bir sıra problemlərə yol açıb. Xüsusilə, paytaxtda bu vəziyyət ciddi narahatçılıq yaradıb".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili bildirib ki, müəyyən qurumlar bunu yağışın normadan artıq yağması ilə əlaqələndiriblər:
"Lakin yağışdan keçən bir neçə gün və ya bir neçə saat ərzində hələ də su basmış ərazilərin cavabdeh qurumlar trəfindən təmizlənməməsi onu deməyə əsas verir ki, yağışlar heç də normadan artıq yağmayıb. Sadəcə illərlə bu sahədə yarana biləcək problemlərin aradan qaldırılması üçün ayrılan vəsaitlər mənimsənilib. Əgər yağışlar bir neçə saat davam etsə, görün nə kimi fəlakətlər yaşana bilər".
Süleyman