Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq İslami Müqaviməti İsrailə hücum edib

İraq İslami Müqaviməti İsrailə hücum edib


İraq İslami Müqavimətinə aid şiə silahlı qruplaşmaları pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İsrailə hücum edib.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə radikal təşkilatın Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

Məlumatda qeyd edilir ki, İraq İslami Müqavimətinin döyüşçüləri bu gün işğal olunmuş [Fələstin] ərazilərinin şimalında mühüm hədəfə hücum etmək üçün İHA-dan istifadə ediblər.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS hərəkatı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə sızmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi ilə müşayiət olunan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İraqdakı şiə birləşmələri fəallığını artırıb.

Mehman Mehdiyev
Xəbəri paylaş