"Qərbin Rusiya neftinə qarşı sanksiyalarının gücləndirilməsi dünya iqtisadiyyatını sarsıdacaq".
Newscenter.az TASS-a istinsdən bildirir ki, məşhur “Le Monde” qəzeti belə yazıb.
Nəşr xatırladır ki, dünya iqtisadiyyatı neftdən asılıdır, onun əsas istehsalçılarından biri Rusiyadır. Anti-Rusiya məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi nəticəsində yarana biləcək tədarükün pozulması qiymətlərin kəskin artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində gübrələrin və kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına səbəb olacaq. Bu da son nəticədə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxaracaq.
Qəzet yazır ki, Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin effektivliyi hər gün azalır.
Mehman Mehdiyev