Türkiyə daxilində "Dairə-24" əməliyyatı həyata keçirilib.
Newscenter.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu barədə nazir Əli Yerlikaya məlumat verib.
Daxili işlər naziri Əli Yerlikaya son bir həftədə ölkə ərazisində həbs qərarı çıxarılan şəxslərə qarşı keçirilən “Dairə-24” əməliyyatlarında müxtəlif cinayətlərə görə axtarışda olan 4 244 nəfərin tutulduğunu açıqlayıb.
Nazir cinayətkarların tutulması üçün polis, jandarma və sahil mühafizə orqanlarında xüsusi qruplar yaradıldığını bildirib.
Anar Əliyev