Milli Statistika Bürosunun
2024-cü ilin sentyabr ayında Qazaxıstanda 163,9 min avtomobil qeydiyyata alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat yayıb. Qeyd edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.
Oktyabrın 1-nə Qazaxıstanda qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sayı 5614,7 min ədəd olub ki, bunun da 88%-ni minik avtomobilləri, 9,9%-ni yük avtomobilləri, 2,1%-ni isə avtobuslar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qazla işləyən avtomobillərin sayı 3213 ədəd artıb, avtomobillərin ümumi sayında qaz balonlu avtomobillərin xüsusi çəkisi 0,3 faiz təşkil edib.
Mehman Mehdiyev