Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP 29 dan sonra bu sahəyə cavabdeh şəxslərlə ciddi haqq hesab çəkilməlidir

COP 29 dan  sonra bu sahəyə cavabdeh şəxslərlə ciddi haqq hesab çəkilməlidir


Hökumətin son illərdə sosial layihədən biznes layihəsinə çevirə bildiyi ən gözəl layihələrindən biri məhv olmaq üzrədir. Bu ilki məhsulun mahlıc çıxımı ən yaxşı halda 60-62 min ton arasında ola bilər. Ötən ildən qalmıs mahlıcın statistikaya salınıb gözəl mənzərə yaratmaq da ayrı bir bacarıqdır.

Newscenter.az xəbər verir ki, bunu aqrar sahə üzrə ekspert Saimr Rəhimov deyib. O bildirib ki, Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir6

"Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106,450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. İxrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Yanvar - oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,417 milyon dollar təşkil edib. Hazırda respublikada pambıq yığımı davam edir".

O qeyd edib ki, noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 086 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib:

"Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir. Bu il respublikanın 15 rayonunda pambıq əkini aparılıb. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13112 hektar) qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner)".

Azərbaycanda pambıq əkinlərinin dövlət tərəfindən subsidiyalaşdırıldığını diqqətə çatdıran ekspert bildirib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək:

"Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir".

Anar Əliyev
Xəbəri paylaş