Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı

COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı


"COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı. Ənənəvi olaraq yenə də bu beynəlxalq tədbir öncəsi bir çox Avropa ölkələrinin və ABŞ-nin yadına düşdü ki, Azərbaycanda insan hüquqları, seçki azadlığı və demokratik dəyərlər pozulur. Bundan istifadə edərək ölkəmizə qarşı bir çox təzyiq alətindən istifadə etməyə çalışdılar".

Newscenter.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib. O bildirib ki, Qərbin qeyri-səmimiliyi cəmiyyətimiz tərəfindən ciddiyə alınmadı:

"Lakin ölkəmizdə bir çox problemlərin olduğunu aşkar şəkildə olmasa da, hər kəs qəbul edir. Bununla belə Qərbin bu problem üzərində manipulyasiya etməsi xoş qarşılanmır. Bütün bunlara baxmayaraq COP29 tədbirləri nəzərdə tutulduğu kimi keçirilir. Nəzərə almaq lazımdır ki, bu tədbirin əsas təşkilatçısı BMT-dir. Ayrı-ayrı bölmlərin keçirilməsi, müəyyən zonaların təşkili, pavilyonların qurulması, iştirakçılar, müzakirə ediləcək sahələrin hamısı BMT-nin hazırladığı ssenari əsasında müəyyən edilib. Azərbaycan da qonaqların qarşılanması, yerləşdirilməsi və tədbirlərin təşkilində ev sahibi kimi öz funksiyasını yerinə yetirib. Bu zaman Azərbaycan öz fərqliliyi və bənzərsizliyi ilə bu beynəlxalq tədbirə əlavə zənginlik qatıb. Eyni zamanda COP29-un keçirildiyi müddətdə sözün həqiqi mənasında dünya mediasının diqqət mərkəzində olmağı bacarıb".

Politoloq deyib ki, COP28-lə müqayisədə qonaqların sayının azlığı tədbirin mahiyyətinə heç bir təsir göstərə bilməyib:

"Çünki bu Azərbaycanın təşkil etdiyi tədbir deyildi. Müzakirə olunan məsələlər və qonaqların statusu baxımından da tədbirin məqsədinə çatdığını söyləmək olar".

Süleyman
Xəbəri paylaş