Birləşmiş Ştatlar prezidenti Co Bayden Ağ Evi tərk etmək mərhələsində mənfi bir tendensiyaya imza atdı. Belə ki, o uzaqmənzilli ABŞ istehsalı raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verdi. Ukrayna üçün bu hava-su qədər vacib idi.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı siyasi ekspert Çingiz Şahbazi deyib ki, gözlənilən ssenari işə salındı. Onun sözlərinə görə, Bayden hökuməti son günləri ərəfəsində Rusiyanı son dərəcə küncə sıxışdırmağa cəhdlər edəcək:
"Bu Rusiyanı masaya oturmağa məcbur qoymaq cəhdləri kimi də qəbul edilə bilər. Əgər vəziyyət dəyişərsə, yəni Rusiya daha sərt qərarlar alarsa, o zaman meydan Tramp hakimiyyətinə devr edilərək ortalığı sakitləşdirməyə çalışılacaq".
Anar Əliyev