"ABŞ prezidenti C. Bayden ATACMS və digər uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyi icazə verdi. Rusiyanın Şimali Koreya ilə hərbi ittifaqi və cəbhədə taktiki irəliləməsi Vaşinqtonun bu qərarı qəbul etməsini labüd etdi. Həmçinin D. Trampın yanvarın 20 -dən vəzifə səlahiyyətlərinə başlamasından sonra proseslərin Vaşinqtonun əleyhinə dəyişəcəyinin qarşısını almaq üçün verilən qərardır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, hazırda Rusiya cəbhə xəttində irəliləyiş əldə edir:
"Bu da bir neçə aya Ukraynanın məğlubiyyətinə gətirib çıxara bilər. D. Tramp Ukraynanin məğlubiyyətinə görə, atəşkəsin əldə edilməsinə və tam yardımları kəsə bilərdi.
Bir neçə gün bundan əvvəl, Almaniya kansleri O. Şolts V. Putinə zəng edərək ona danışıqlar masasına oturmağı təklif etmişdi. Əks təqdirdə Almaniyanın Ukraynaya yeni silahlar veriləcəyini qeyd etmişdi.
Artıq, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya konsensus əldə edərək, Ukraynaya yenidən hərbi yardımlari intensivləsdirib və verilən silahlardan Rusiyanın dərinliklərinə zərbəyə icazə verdilər. Rusiya qərardan narahatdır və Ukraynanin infrastrukturunu hədəf alacağını bəyan edib. Qeyd edim ki, ABŞ və Avropa Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verə bilməz. Çünki Rusiyanın qələbəsi ABŞ və Avropanın strateji məğlubiyyətidir".
Anar Əliyev