Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yol qəzalarında ölənlərin sayı rekord həddə çatıb

Yol qəzalarında ölənlərin sayı rekord həddə çatıb


Qazaxıstanda bu il yol qəzalarının sayı iki dəfə, ölənlərin sayı isə 9% artıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Hüquqi Statistika və Xüsusi Uçot Komitəsi məlumat verib.

Məlumata görə, bu ilin yanvar-oktyabr aylarında yol qəzalarında 29,5 min nəfər xəsarət alıb. Bu rəqəm hətta son illərin illik göstəricisini də üstələyib. 2023-cü ilin on ayında qəza qurbanlarının sayı iki dəfə azalıb.

Sürücülərin yaralandığı və ya öldüyü yol qəzalarının 86%-də kişilər xəsarət alıb. Bunlar gənc və ya orta yaşlı kişilərdir.


Anar Əliyev
Xəbəri paylaş