Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçiriləcək

“Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçiriləcək


COP29 qlobal iqlim sammiti çərçivəsində bu gün ADY və UIC-in (Beynəlxalq Dəmir Yolları İttifaqı) təşəbbüsü ilə “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçiriləcək.

Newscenter.az quruma istinadən bildirir ki, tədbirdə ADY, UIC və OCJD-nin (Dəmir Yolları Əməkdaşlıq Təşkilatı) sədrləri, Asiya İnkişaf Bankının vitse-prezidenti və digər yüksək səviyyəli dəmiryol rəsmilərinin spiker və panelçi kimi iştirak edəcək.

Müzakirələrin əsas mövzusunu iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın dayanıqlı nəqliyyat vasitəsilə töhfələri, xüsusilə karbon emissiyalarını azaltmaqda dəmir yollarının mühüm rolu təşkil edəcək.

Bundan əlavə, dəmir yollarının dekarbonizasiyada əsas oyunçulardan biri olduğu multimodal və inteqrasiya olunmuş nəqliyyat sisteminin yaradılması üçün Azərbaycanın gördüyü işlər təqdim olunacaq.

Süleyman
Xəbəri paylaş