Pakistanda son 3 həftədə silahlıların hücumları nəticəsində azı 55 polis əməkdaşı həlak olub.
Newscenter.az Pakistan mediasına istinadən bildirir ki, İslamabadda yerləşən Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (PICSS) analitik mərkəzinə görə, təhlükəsizlik qüvvələri oktyabr ayında 62 şəxsi itirib. Bu, 2024-cü ildə bir ayda qeydə alınan ən yüksək itki idi.
Bu ayın 20 günündə yaraqlılarla toqquşmalarda və intiharçı hücumlarda 55 təhlükəsizlik əməkdaşı həyatını itirib, 63 silahlı isə öldürülüb.
Mehman Mehdiyev