Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 ölkəni birləşdirən yük terminalı tikiləcək

3 ölkəni birləşdirən yük terminalı tikiləcək


Qazaxıstan, Çin və Macarıstan birgə liman inşa edəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, "Qazaxıstan Dəmir Yolu" ASC, Macarıstanın L.A.C. Holdinq şirkəti və Çinin Xi'an Free Trade Port Construction and Operation Co., Ltd şirkəti arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd Budapeştdə dövlət başçısı Kasım-Jomart Tokayevin Macarıstana dövlət səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Avropa üzrə multimodal daşımalar üçün inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. İldə 230 000 CFU* tutumlu terminal Çin-Avropa-Çin marşrutu üzrə konteyner qatarlarının sayını, o cümlədən Çin-Avropa-Çin marşrutu üzrə tranzit daşımaları artırmağa imkan verəcək. Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihənin həyata keçirilməsi çatdırılma müddətini azaldacaq, daşınma xərclərini və yenidən yükləmə vaxtını azaltmağa imkan verəcək.

Anar Əliyev
Xəbəri paylaş