Qazaxıstanda aktiv könüllülərin sayı 240 min nəfərə çatıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva məlumat verib. O bildirib ki, bu göstərici könüllük hərəkatına start verildiyi illərdən, o cümlədən 2022-ci illə müqayisədə xeyli çoxdur.
"Hər il 50-dən çox könüllü layihə həyata keçirilir", deyən nazir xarici təşkilatlarla da bu sahədə işlərin görüldüyünü bildirib.
"7 qazaxıstanlı könüllü BMT strukturlarına göndərilib",-deyə mədəniyyət və informasiya naziri Aida Balayeva söyləyib.
Anar Əliyev