
"Fələstində işğal bitənə qədər mübarizəmiz davam edəcək".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İslam ölkələrinin Qəzzadakı zülmə ortaq cavab verməsi üçün Türkiyənin diplomatik təmasları davam edir.
“Biz Fələstində işğal və qırğın bitənə və müstəqil Fələstin Dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik",-deyə Ərdoğan vurğulayıb.
Ərdoğan deyib ki, Türkiyə Fələstinə ən çox dəstək verən ölkələrdən biriyik:
"Türkiyə olaraq bu hücumlar qarşısında Fələstinli qardaşlarımızla tam həmrəyyik. Son bir ildir ki, biz xüsusilə Qəzza və Livandakı qardaşlarımızla əlaqə saxlamağa çalışırıq. Göndərdiyimiz yardım miqdarı 86 min tonu keçib.
Livandakı qardaşlarımıza çatdırdığımız yardımın miqdarı 1300 ton olub. Biz diplomatik təmaslarımızı davam etdiririk ki, İslam ölkələri Qəzzədəki zülmə qarşı birgə cavab verib, birgə hərəkətə keçsinlər".
Anar Əliyev