Qazaxıstanda dolların dəyərinin yerli valyutaya nisbətən bahalaşması ərzaq məhsullarının qiymətinin artacağı ehtimallarını yaradıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. məsələyə Qazaxıstanın Milli Bankının sədri Timur Süleymenov aydınlıq gətirib.
O. dolların məzənnəsinin kəskin bahalaşmasının ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliyə səbəb olmayacağını deyib. Onun sözlərinə görə, dolların məzənnəsinin dəyişməsi digər ölkələrdən gətirilən malların qiymətinə təsir edir:
"Amma bizdə ərzaq məhsullarının çoxu ölkə daxilində istehsal olunur. İndiyə qədər fermerlər o səviyyəyə gəliblər ki, imkan daxilində daxili bazarı təmin edə bilsinlər. Ona görə də ərzaq məhsullarının qiymətləri dəyişməməlidir”.
Anar Əliyev