Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda nə baş verir?

Gürcüstanda nə baş verir?


"Parlament seçkilərinin nəticələrini tanımayan Gürcüstan prezidenti Zurabaşvili, seçkilərdən dərhal sonra muxalifətin yanında olduğunu bildirdi və xalqı seçkilərin nəticələrinə qarşı çıxmağa, etiraz etməyə çağırdı. Seçkidən xeyli zaman ötsə də, ölkə prezidentinin mövqeyi dəyişmədən davam edir və o, hazırda gürcü xalqının Avropaya gedən yolunun bağlanmasına səbəb olan hökumətin qəbul etdiyi qərarlara qarşı xalqın yanında yer alıb".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Qərbi buna inandırmağa çalışır ki, seçkilər ədalətli şəkildə keçirilmədi və sizin susqunluğunuz nəticəsində hökumət daha da irəli gedərək xalqın iradəsinin ziddinə olan qərarlar qəbul etməyə hazırdır:

"Buna artıq start verilib. Hazırda keçirilən etiraz aksiyası bunu bir daha sübut edir ki, prezident Zurabaşvili müxalifətin lideridir və aksiyalara qoşulmaqla Qərbin dəstəyini qazanacaqlarına hər kəsi inandırmağa çalışır. Həmçinin, Trampın yenidən prezident postuna seçilməsi bu ölkədə qərbyönümlü qüvvələrin düşərgəsinə ruh yüksəkliyi gətirib. Maraqlıdır ki, ABŞ və Avropa İttifaqı bundan sonra Gürcüstan müxalifətinə dəstək verəcəkmi? Yoxsa, hakim Gürcü Arzusu partiyası Qərblə bağlılığı olmayan birini prezident postuna gətirməklə bütün işləri qaranti altına ala biləcək?".

Anar Əliyev
Xəbəri paylaş