
Türkiyədə müəllimləri daşıyan avtobus qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Qars vilayətində qeydə alınıb. Belə ki, Qarsda müəllimləri daşıyan mikroavtobusun avtomobilə toqquşması nəticəsində 1-i ağır olmaqla 12 müəllim xəsarət alıb.
Məlumata görə, Süleyman Tutun idarə etdiyi mikroavtobus Təknəli kəndinin girişində müəllim Adem Yıldızın idarə etdiyi avtomobili arxadan vurub.
Yaralı müəllimlər Qars Harakani Dövlət Xəstəxanasına və Kafkas Universiteti Sağlamlıq Araşdırma və Tətbiq Mərkəzinə aparılıb.
Avtomobil sürücüsü Adem Yıldızın səhhətinin ağır olduğu öyrənilib.
Mehman Mehdiyev