Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə ciddi sosial problemlər var

Ölkədə ciddi sosial problemlər var


"Ölkədə ciddi sosial problem var. Bunu qəbul etməmək , buna bir pərdə çəkmək, ört basdır etmək əslində bilərəkdən və ya bilməyərəkdən düşmənə xidmətdir".

Newscenter.az xəbər verir ki, bunları ictimai fəal Rəşad Quliyev deyib. Onun sözlərinə görə, bugün ölkəmizdə sorğu keçirilsə "ən çox hansı nazirlikdən narazısız" sualı qoyulsa əminəm ki, ilk yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tutar:

"Nazirlik sanki insanları , əhalini ölkə başçısına qarşı qaldırmağa, əldə olunmuş tarixi, yüz illik və ya min illik bənzəri olmayan qələbə sevincini insanların gözündə qoymağa meyillidir. Bir neçə gün öncə Naxçıvandan gələn xüsusi təyinatlıların məcbur olub aksiya keçirməsi, davamlı nazirliyin qarşısında intihara cəhdlər, ölkədə intihar hallarının artması əsasən sosial yönümlü hallardır. Doğrudur burada ailədaxili münaqişələr, bəzi insanların daxili psixoloji durumu və sair də var. Ancaq əsas problem sosial təminatla bağlı məsələlərdir".

O deyib ki, dünyanın istənilən ölkəsindəki nazirliklərin xərclərinə baxsaq ən çox maliyyə xərclənən sahə sosial sahədir.

Mehman Mehdiyev
Xəbəri paylaş