ABŞ-da Los-Anceles və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin hesablamaları 250-275 milyard dollar aralığındadır.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə Qlobal hava proqnozu xidməti olan AccuWeather məlumat yayıb.
AccuWeather ilk dəfə keçən həftə yanğınların dəyərinin 52-57 milyard dollar arasında olacağını proqnozlaşdıran ilkin hesablamaları açıqlayıb.
Mehman Mehdiyev