
Rusiyada “WhatsApp” ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 17 milyon rubl (təxminən 195 min dollar) cərimələnib.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “WhatsApp”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Məhkəmə WhatsApp-ın Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmayaraq qanuna tabe olmadığına qərar verib və şirkətə 17 milyon rubl cərimə ödəməyə məcbur edib.
Ölkədə “WhatsApp”la yanaşı, “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.
Anar Əliyev