
Türkiyə yerli enerji istehsalını artıraraq keçən il əvvəlki ilə nisbətən enerji idxalını təxminən 5 faiz azaldıb.
Newscenter.az Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, 2023-cü ildə 69 milyard 113 milyon dollar olan enerji idxalı, 2024-cü ildə 5,1 faiz azalaraq 65 milyard 589 milyon dollar olub.
İdxalın azalmasında yerli neft və təbii qaz hasilatının artması təsirli olub. Keçən ilin noyabr ayında neft hasilatı 3 milyon 425 min barrelə çatdığı halda, hasilatın yalnız yarısı "Qabar" yatağından qarşılanıb. Sakarya qaz yatağında artan hasilat 7 milyon kubmetrlə 3,5 milyona yaxın ev təsərrüfatının istehlakını ödəyə biləcək səviyyəyə çatıb.
Mehman Mehdiyev