Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi ölkələrin səfirləri özlərini ombudsman kimi aparır

Bəzi ölkələrin səfirləri özlərini ombudsman kimi aparır


"Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirləri özlərini ombudsman kimi aparırlar. Bu qətiyyən qəbuledilməzdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili deyib ki, bəzi diplomatlar öz fəaliyyət istiqamətlərindən kənara çıxaraq Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş erməni əsilli vətəndaşların məhkəmə prosesi barədə yalnış, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər:

"Yaxud insan hüquq və azadlıqlarının pozulduğunu iddia edirlər. Bir həqiqət var ki, bu gün insan hüquq və azadlıqlarından danışan əksər ölkələrin bu məsələ ilə bağlı Azərbaycana hansısa irad bildirməyə qəti şəkildə haqları yoxdur. Çünki həmin ölkələrdəki daxili vəziyyət hər kəsə məlumdur".

Süleyman
Xəbəri paylaş