
Türkiyədə sənaye istehsalı indeksi yanvar ayında illik bazda 1,2 faiz artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu göstərici aylıq bazda isə 2,3 faiz azalıb.
Buna görə sənayenin alt sektorları araşdırıldığında, mədənçıxarma və taşocakçılığı sektoru indeksi yanvar ayında bir əvvəlki aya görə 7,5 faiz artdığı halda, emal sənayesi sektoru indeksi 3,0 faiz azalıb.
Eyni ilə elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksində də 0,8
faiz azalma qeydə alınıb.
Anar Əliyev