
Dünyada Covid-19-dan ölənlərin sayı dünya üzrə 7 milyonu ötüb.
Newscenter.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatında qeyd edilir ki, bu ölümlərin təxminən 3 milyonu Amerika qitəsində, 2 milyondan çoxu isə Avropada qeydə alınıb.
Epidemiyadan ölənlərin sayının ən çox olduğu ölkələr arasında ABŞ birinci, Braziliya, Hindistan ikinci, Rusiya isə üçüncü yerdədir.
Bu il də təsirini davam etdirən epidemiya səbəbindən ötən həftə 517, fevral ayında isə 3073 nəfər həyatını itirib.
Hazırda dünyada 94 mindən çox insan Covid-19 ilə mübarizə apararkən, xəstəliyin ilk müşahidə edildiyi gündən bəri qeydə alınan ümumi halların sayı 777 milyonu keçib.
Anar Əliyev