
Atəşkəsin qüvvəyə minməsindən sonra İsrailin Qəzza zolağına etdiyi hücumlarda 145 fələstinli həyatını itirib. Bu göstərici hər 48 saatda 7 nəfərin ölümü deməkdir. Bundan başqa qeyd edilən dövrdə 605 nəfər İsrailin hücumları nəticəsində yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Cenevrədə yerləşən qeyri-hökumət təşkilatı Euro-Mediterranean Human Rights Monitor (Euro-Med) məlumat yayıb.
Açıqlamada, İsrailin atəşkəsdən sonra Qəzza zolağında soyqırım çərçivəsində blokada və aclıqdan "yavaş öldürmə" vasitəsi kimi istifadə etdiyini bildirib.
Həmçinin bildirilib ki, İsrail ordusu Qəzza zolağının şimal və şərq sərhədləri boyunca həyata keçirdiyi bufer zonası yaxınlığında evlərinə baxış keçirməyə çalışan fələstinlilərə qarşı xüsusilə snayper atəşi, kvadrokopter tipli pilotsuz uçuş aparatından istofadə etməklə ölümcül cinayətlər törədir.
Mehman Mehdiyev